"Mobil Group"MMC-də “İnsan Resursları üzrə mütəxəssis” vakansiyası aktivdir. 



Tələblər :


* İnsan Resursları sahəsində minimum 2 il iş təcrübəsi;
* Dil bilikiləri: Azərbaycan dili – səlis, Rus dili və ya İngilis dilinin olması üstünlükdür;
* Yüksək səviyyədə ünsiyyət bacarığı;
* MS Office proqramlarında sərbəst işləmək bacarığı;
* KPİ tətbiq olunmasında iştirak edən şəxslərə üstünlük veriləcək . 



Vəzifə öhdəlikləri:



• Şirkətin işçi ehtiyacı tələbinin müəyyən olunması, işə qəbul prosesinin təşkili və koordinasiyası,
• Vakansiya elanlarının hazırlanması və müxtəlif platformalarda yerləşdirilməsi,
• Yeni işə qəbul texnikalarının tətbiqi və işə qəbul prosesinin inkişafına və təkmilləşdirilməsinə dair təkliflər verilməsi,
• İşçilərin şikayətlərinin və müraciətlərinin araşdırılması və həll edilməsi,
• İşçi heyəti ilə bağlı rəhbərliyə mütəmadi məlumatın verilməsi,
• Yeni qurulan KPİ sisteminə dəstək göstərilməsi,
• Şöbələrin KPİ nəticələrinə nəzarət edilməsi,
• Yeni işə qəbul olunan işçilərin sənədləri və məlumatlarını müvafiq şöbələrə təqdim edilməsi,
•  İnsan Resursları üzrə müvafiq hesabatların hazırlanması.



İş şəraiti:


* Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
* Korporativ nömrə ilə təmin edilmə
* 6 günlük iş qrafiki (Həftəiçi 09:00-18:00, Şənbə günü növbəli iş rejimi 10:00-13:00)
* Əmək haqqı : Müsahibə əsasında təyin olunacaq
* Ünvan – Əhməd Rəcəbli 27b


Müraciət üçün [email protected] ünvanına “İR üzrə mütəxəssis” başlığı ilə CV -lərinizi göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.