Best Tech şirkəti "Tender üzrə mütəxəssis" vakansiyasını elan edir.

 

Tələblər:

- Ali təhsil;

- Azərbaycan dilində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət;

- MS Office (Word, Excel) proqramlarını yaxşı səviyyədə bilmək;

- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;

- İşə planlı yanaşmalı;

- Yüksək məsuliyyət, diqqətcil olmaq;

- Problemi həll etmə bacarığı olmalı;

- Təcrübə tələb olunmur.

İş haqqında:

- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;

- Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;

- Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;

- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;

- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;

- Təklifləri analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;

- Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;

- Tender prosesində şirkətin təmsil olunması;

- Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq;

- Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq;

- Tender prosesini icra etmək və nəzarətdə saxlamaq.

- 6 günlük iş qrafiki (bazar günü istirahət);

- Maaş: Razılaşma

Maraqlanan şəxslər öz "CV"lərini [email protected] mail adresinə "Tender üzrə mütəxəssis" başlığı ilə göndərə bilər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.