“Bank Respublika” ASC Rəqəmsal Bankçılıq və Biznes Proseslərinin İnkişafı Departamentində Sistem analitiki vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Proqram təminatının hazırlanması üzrə texniki tapşırıqların tərtibi;
- Proqram təminatının funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
- Proqram təminatının daxili biznes məntiqinin inkişaf etdirilməsi və keyfiyyətinə nəzarət;
- Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
- Daxili hesabatların hazırlanması və onların təhlili.
- Analitika sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
- BPMN bilikləri;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər.
- Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
- SQL bilikləri arzuolunandır;
- API baza bilikləri arzuolunandır;
- Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
- Stressə davamlı, çalışqan və ünsiyyətçil;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissədə Sistem analitiki qeyd edərək 30 aprel 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.