Satınalma və Logistika departamentində "Satınalma üzrə mütəxəssis" vakansiyası aktivdir.

Əsas tələblər:
- Ali təhsil,
- Tender işləri və podratçı ilə işlər(xidmət alışı) sahələrindən birində minimum 1 il iş təcrübəsi,
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
- Güclü ünsiyyət və danışıq qabiliyyəti,
- Azərbaycan dili mükəmməl (Rus və İngilis dillərini bilməsi üstünlükdür),
- Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:
- Tikinti sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması),
- Yaradılmış sifariş formalarının analizi,
- Bazar�

�n təhlili, tələb olunan materialların daxili bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili,
- Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması.

İş şəraiti:
5 günlük iş qrafiki;
İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.