Bank of Baku ASC,Ödəniş sistemləri departamentinin baş eksperti (Linux Administrator) axtarışındadır

Əsas vəzifə öhdəlikləri
- Virtualizasiya avadanlıqlarından istifadə edilməklə Linux ƏS bazasında proqram-aparaq kompleksinin idarə edilməsi
- Proqram təminatının tətbiqi konfiqurasiyası, Oracle DB ilə iş
- Skriptlərin yazılması və məlumatların mütəmadi olaraq rezervləşdirilməsi (backup)
- Aparat təminatının (server, məlumatların saxlanılması sistemi) quraşdırılması və konfiqurasiyası
- Logların təhlili, həmkarlarla və təchizatçılarla işləyərək problemlərin həll edilməsi
- Proqram təminatının yenilənməsinin test edilməsi, konfiqurasiya və skriptlərin sənədləşdirilmə             
- Server proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
- Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
 
Sahə üzrə bacarıq və biliklər:
- Linux /Unix (RHEL/OEL) əməliyyat sistemlərinin idarə olunması və onlar üzrə biliklər (RHСSA/RHCE sertifikatların olması arzuolunandır);
- Server skriptlərinin (Python və ya Bash) yazılması və tapşırıqların avtomatlaşdırılması üzrə iş təcrübəsi;
- Linux/Unix (RHEL/OEL) server əməliyyat sist

emlərinin işində baş verə biləcək hadisələrin diaqnostikası və onların aradan qaldırılması üzrə iş təcrübəsi;
- Veb serverlərlə işləmək bacarığı (Apache Tomcat, Nginx, Weblogic, Jetty)
- Storage-lər, Backup sistemlər barədə biliklər
- Oracle verilənlər bazaları üzrə bacarıq və təcrübə, onların sintaksisi haqqında biliklər
- TCP/IP bilikləri
- OSI modelini başa düşmək
- Problemli sahələrin diaqnostikası və təhlili bacarığı
- Proqram təminatının düzgün işləməməsinin nəticələrini/səbəblərini tanımaq bacarığı
- Proqram təminatı səviyyəsində yaranmış problemlərin diaqnostikası və aradan qaldırılması
 
Seçim meyarları
- Ali təhsil
- Sahə üzrə 3 il iş təcrübəsi
- Şəbəkə texnologiyaları, əməliyyat sistemləri və tətbiqlər barədə biliklər
- Azərbaycan, rus və ingilis dilləri – yaxşı
- Problemə yönəlik analitik düşünmə tərzi
- Komanda ilə işləmək bacarığı
 
İş şərtləri
- Iş vaxtı: 5 iş günü, 09.00-18.00
- İş yeri: Bakı şəh., Ağa Neymətulla 55,
 
 
Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində Linux Administrator qeyd etməyi unutmayın!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.