Universal Şirkətlər Qrupu 

İş yeri: Bakı şəhəri, Hyatt Tower 3

Vakansiya: Marketinq üzrə kiçik mütəxəssis

 

Vakansiyanın təsviri

 

•           Aylıq marketinq fəaliyyət planının hazırlanmasında iştirak;

•           Satış reklam materiallarının hazırlanması və yerləşdirmə hədəflərinin müəyyən edilməsi və gedişatına nəzarət

•           Marketinq datasının təhlili prosesində (trafik, konversiya, digital reklam kampaniyaları və.s)  iştirak etmək

•           Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;

•           Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması

•          Brend və marketinq kommunikasiyası strategiyasının hazırlanmasında yaxından iştirak etmək

•          Marketing büdcəsinin müəyyənləşdirilməsində yaxından iştirak və aylıq xərclərin məruzə edilməsi

•          Sosial media vasitələri üçün texniki və kreativ kontentin hazırlanması, düzəliş edilməsi və yerləşdirilməsi

•          Sosial media səhifələrinin idarə edilməsi

•          Marketinq planına dair digər işlərin görülməsi

 

Xüsusi tələblər:

  • MS Office programları üzrə yaxşı bilik səviyyəsi
  • Corel, Adobe Programları üzrə bilik səviyyəsi
  • Təqdimat bacarıqları
  • Satış və ya marketinq üzrə bakalavr təhsili
  • SEO/SEM, tarqetinq üzrə ilkin biliklər
  • 1 ilə kimi iş təcrübəsi
  • Ənənəvi Marketinq üzrə ümumi biliklər
  • Data təhlili
  • Azərbaycan və ingilis dilində yüksək yazı bacarığı
  • Kontent marketinqi bilikləri
  • POSM (Point Of Sales Materials) ideyaları, çap işlərindən məlumatlı olması

CV-nizi  [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “marketinq üzrə kiçik mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.