Şirkət: HR Option

Vakansiya: Təlim Kordinatoru 

 

Təklif edirik:

  • Öyrənmə və inkişaf üçün imkanlar
  • Şirkət daxilində təşkil edilən bütün təlim və tədbirlərdə iştirak
  • Pozitiv komanda ilə birlikdə çalışmaq
  • Şəbəkələşmə ( Networking ) üçün geniş imkanlar 

 

Tələblər:

  • Ali Təhsil
  • 20-30 yaş
  • Təlim kordinatoru və ya tələbələrlə iş üzrə təcrübə arzuolunandır 
  • Öyrənməyə həvəsli, Səbirli, Məsuliyyətli və Punktual olmaq əsas tələblərdəndir
  • Təhliletmə , Özünü ifadəetmə və təqdimat bacarıqları

 

Vəzifə öhdəlikləri ( Öyrədiləcək)

  • İllik təlim qrafiklərinin hazırlanması, keçirilməsinin təşkili, nəzarət edilməsi
  • Təlimçilərlə mütamadi olaraq əlaqədə olmaq və iştirakçı sorğularının kommunikasiya edilməsi 
  • Təlim iştirakçılarının ehtiyaclarının və  sorğularının operativ cavablandırılması və dəstək göstərilməsi və təlim müddətində və sonrasında daim kommunikasiyada olmaq
  • Şirkətlər və təlim iştirakçıları ilə müqavilə danışıqlarının aparılması və hazırlanması
  • Tələbə şəxsi kabinetlərinin hazırlanması və məlumatların daxil edilməsi
  • Online təlimlərin aktivləşdirilməsi və təlim yekunlaşanadək nəzarət edilməsi
  • Təlim öncəsi ehtiyacların müəyyənləşdirilərək təmin edilməsi

İş haqqında:

  • İş qrafiki: 09:00 – 17:00 (6-cı günü natamam iş günü)
  • Ünvan: Nərimanov r., 1/25 Əhməd Rəcəbli, Çinar Park Biznes Mərkəzi.
  • Əmək haqqı: 400-600 AZN (Net)

Müraciət üçün:

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Təlim Kordinatoru” qeyd edərək, [email protected] ünvanına göndərin. Yuxarıda qeyd edilmiş tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.