Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən Beynəlxalq Əlillər Günü ilə bağlı “İnklüziv Karyera forumu” keçiriləcək.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçiriləcək “İnklüziv Karyera forumu”nda dövlət, beynəlxalq və özəl qurumların nümayəndələri və qonaqlar iştirak edəcək.

2 paneldən ibarət olacaq konfransın spikerləri tərəfindən aşağıdakı mövzular müzakirə ediləcək:

Əlilliyi olan şəxslərin iş mühitinə effektiv inteqrasiyasında beynəlxalq təcrübə

Əlilliyi olan şəxslərin işə qəbul prosesinin təşkili və inklüzivliyin təmin edilməsi

Əlilliyi olan şəxslərin potensialından maksimum yararlanmaq üçün effektiv mühitin yaradılması

Əmək bazarında insan resurlarından səmərəli istifadə

Korporativ məsuliyyət

Əlilliyi olan şəxslərin işə qəbul zamanı üzləşdikləri çətinliklər

 Tədbirin tarixi: 1 dekabr 2023 , 10:00

Ünvan: DOST İnklüziv və Yaradıcılıq Mərkəzi

 Qeydiyyat linki: https://docs.google.com/.../1I4AHH1JSVutSvWsyTHXE1ud.../edit

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.