Tədarük üzrə mütəxəssis vakansiyası

 

"Veysəloğlu" MMC Tədarük və Planlama Departamentində Tədarük üzrə mütəxəssis vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri:
Bakı şəhəri
İş qrafiki:
Həftənin 5 günü saat 08:00-dan 17:00-dək

Vəzifə funksiyaları:

- Məhsul alışı planlaşdırılmasını etmək və kommersiya məqsədli malların alınması üzrə fəaliyyəti həyata keçirmək;
- Məhsul alışı üçün sifarişlərin hesablanması;
- Alınacaq məhsulların qiymət listini almaq, məhsulların master datasını əldə etmək və sistemə tanıdılmasına nəzarət etmək;
- Alınacaq malların sifarişini hazırlamaq və SAP sisteminə daxil etmək;
- Razılaşdırılmış sifarişi müvafiq tədarükçüyə göndərilməsinə nəzarət etmək;
- Razılaşdırılmış sifarişi müvafiq tədarükçüdən sifarişin miqdarını kontrol etmək üçün sənəd tələb etmək; ödənməsini təşkil etmək ,ödəmə prosedurda lazim olan prosesleri yerinə yetirmək;
- Sifarişə dair müəyyən dövlət əhəmiyyətli icazələrin alınması üçün müraciətin edilməsi ,kontrolda saxlanılmasını həyata keçirmək
- Vəzifə funksiyalarının yerinə yetirilməsi zamanı üst rəhbərlərdən gələn təlimat və göstərişləri qəbul etmək və zamanında icra etmək;
- Tədarükçülərlə olan görüşlərdə iştirak etmək, planları yaxından izləmək;

Vəzifə tələbləri:

- MS Office, xüsusilə Excel proqramını əla bilmək;
- Müvafiq sahə üzrə minimum 1 illik təcrübənin olması
- Azərbaycan və rus və ingilis dillərini səlis bilmək;
- Riyazi biliyi olanlara üstünlük veriləcək;
- Verilən tapşırıqları təyin olunmuş müddətdə icra etmək;
- Problemləri operativ həll etmək;
- Yüksək ünsiyyət bacarığı;
- Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

- Servis xidməti
- Nahar təminatı

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Tədarük üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya karyera.veyseloglu.az saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.