Dövlət Məşğulluq Agentliyi tərəfindən “İşgüzar söhbətlər” layihəsi çərçivəsində "İşçinin hüquqları və işəgötürənin məsuliyyətləri" mövzusunda vebinar keçiriləcək.
Vebinarda işçilərin hüquqi müdafiəsi, əmək şəraiti, iş saatları, tətil hüquqları və iş yerində diskriminasiya ilə mübarizə kimi mövzularla yanaşı, işəgötürənlərin əmək müqaviləsi bağlama, işçiləri sosial və hüquqi cəhətdən qoruma, qanunsuz işdən çıxarma və digər hüquqi öhd�
Spiker qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Mediasiya Şurasının mediatoru və Bakı 6 saylı Mediasiya Təşkilatında direktor vəzifəsində çalışan Tural Şahbazov iştirak edəcəkdir.
Vebinarda iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:
https://survey.sosial.gov.az/index.php/891151?lang=az
Son qeydiyyat tarixi: 17.03.2025
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.