“Performance Center Co” MMC vakansiya elan edir:
 Avtomobil Servis rəhbəri
 Vəzifə öhdəlikləri:
·         Avtomobil Servis mərkəzinin gündəlik işinin planlanması və tənzimlənməsi
·        Avtomobil Servis mərkəzinə daxil olan müştərilərin qarşılanması və avtomobildə təmir işinin təşkil olunması
·        Avtomobil Servis personalının idarə olunması və effektiv işinin təşkili
·        Avtomobil Servis mərkəzi daxilində nizam-intizam qaydalarına və korporativ üsluba riayət olunmasına nəzarət etmək
·        Avtomobil Servis daxili avadanlıqlarının təmiri və dövri qulluqlarının təşkil olunması
·        Müştərilərin razılığına və loyallığına nail olmaq
·        Avtomobillərə göstərilən texniki xidmət satışları üzrə qoyulmuş hədəflərə nail olmaq
·        Avtomobil Servis əməkdaşlarının əsas performans göstəricilərinin təhlili və müvafiq qiymətləndirmənin aparılması
·        İdarə etdiyi personalın güclü və zəif tərəflərinin müəyyən edilməsi və müvafiq təlim tədrislərə yönləndirilməsi
·        Avtomobil Servis əməkdaşları ilə mütəmadi toplantıların təşkil olunması və mövcud problemlərin h�

�lli istiqamətində çalışmaq
·        Müştəri müraciətlərinin qısa zamanda həlli və cavablandırılması
 Namizədə qarşı tələblər:
·        Ali təhsil
·        Yaş: 30-45
·        Azərbaycan, rus dillərində səlis danışıq (ingilis dili arzu olunandır )
·        Avtomobil servisi idarəçiliyi sahəsində minimum 3 illik təcrübə
·        Avtomobilin quruluşu və istismarı üzrə kifayət qədər biliyə malik olmaq         
·        Təqdimat bacarığının olması
·        Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
·        Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq.
  İş şərtləri:
·        İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
·        Əmək haqqı: 1800-2000₼
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Avtomobil Servis rəhbəri” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.