Bank of Baku ASC olaraq İstehlakçılarla işin təşkili şöbəsi – kiçik eksperti vakansiyası üzrə yeni əməkdaş axtarışındayıq:

Əsas vəzifə və öhdəliklər
o       Banka daxil olan şikayət, ərizə və təkliflərin baxılması, araşdırılması və cavablandırılmasını həyata keçirir;
o       Müraciətlərin araşdırılması məqsədilə aidiyyəti struktur bölmələrlə operativ məlumat mübadiləsi aparır, sorğular verir, aidiyyəti sənədləri tələb edir, onlardan yazılı və şifahi arayışlar və məlumatlar alır;
o       İstehlakçılardan daxil olan müraciətlərin araşdırılması istiqamətində tədbirlər həyata keçirir və Bankda yaradılmış xüsusi bölməyə daxil olan müraciətlərin reyestrdə qeydiyyatını aparır;
o       Müraciətin xarakterindən asılı ola

raq, istehlakçılarla şifahi danışıqlar aparılması və görüşlər təşkil edilməsi, məsləhət və izahatlar verilməsini təmin edir.
 
 
Tələblər
o       Ali təhsil (İqtisadiyyat, Hüquq)
o       Azərbaycan dili - Mükəmməl, Rus və İngilis dili - Yaxşı
o       MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
o       Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
o Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması


Müraciət etmək istəyən namizədlər CV-lərini  subject bölməsində İstehlakçılarla işin təşkili şöbəsi – kiçik ekspert qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.