İlin ən çox gözlənilən elanı ilə qarşınızdayıq!

Ölkənin ən böyük intellektual yarışı - “İntellektual Klubların IV Gənclər liqası” başlayır!

"Heydər Əliyev İli" çərçivəsində keçiriləcək turnirdə bilik və zəkasına güvənən gənclər komanda şəklində qeydiyyatdan keçərək iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş komandalar 2 seçim turunda iştirak edəcək və qalib gələn komandalar zona finallarına vəsiqə qazanacaqlar. Zona qalibləri isə yekunda final mərhələsində iştirak haqqı əldə edəcəkdir.

Turnirdə iştirak edən hər bir komanda 6 oyunçudan ibarət olacaq.

Yaş həddi 16-29.

Bakı komandaları ayrıca təşkil ediləcək 1 seçim oyununda iştirak edərək mübarizə aparacaqlar.

Aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməyə tələsin!

Link: https://forms.gle/5KXkvuGTMmLr2Dcr8

Son qeydiyyat tarixi : 15.10.2023 - 23:59

Turnirlə bağlı yeniliklərdən xəbərdar olmaq və suallarınızı ünvanlamaq üçün “İntellektual Klubların Gənclər Liqası” adlı feysbuk qrupuna qoşula bilərsiniz:

https://bit.ly/3LcmUPM

Hər birinizə uğurlar, əziz gənclər!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.