Təhsil İnstitutu “Baş hüquqşünas” vəzifəsinə vakansiya elan edir!

 

Vəzifə öhdəlikləri:

  • İnstitutun fəaliyyətini tənzimləyən müxtəlif növ qərarlar, əmr və sərəncamlar, əsasnamə, prosedur, qayda və təlimatlar hazırlamaq və ya onlara hüquqi rəy vermək;
  • İnstitutu dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında, məhkəmələrdə təmsil etmək, onlardan daxil olan sorğuları cavablandırmaq və müvafiq sənəd və arayışlar hazırlamaq;
  • Müxtəlif növ müqavilələr hazırlamaq, müqavilə layihələrinə hüquqi rəy və təkliflər vermək;
  • İnstitutun təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
  • Daxili struktur bölmələrdən gələn hüquqi sorğuların cavablandırlıması, zəruri hallarda struktur bölmələrə hüquqi dəstəyin göstərilməsi və s.
  • Rəhbərliyin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək

Tələblər:

  • Ali hüquq təhsili;
  • Mülki (əqdlər, korporativ hüquq və s.), inzibati, əmək, miqrasiya, təhsil və inzibati prosessual qanunvericilik biliyi;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Məntiqi və hüquqi analiz qabiliyyətinin olması;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və stresə davamlı;
  • Səliqəli, punktual, kollektivdə işləmə bacarığı;
  • “MS Office” proqramlarında sərbəst işləmək bacarığı;
  • İngilis və rus dili biliyi olanlara üstünlük verilir.

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

İstirahət və qeyri-iş günləri AR Əmək Məcəlləsinə uyğun tənzimlənir.

İş yeri: Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən 30 sentyabr tarixinədək CV-lərini [email protected] elektron ünvanına “Baş hüquqşünas” başlığı altında göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.