Komandamıza Biznes Analitik axtarırıq!

Namizədə dair tələblər:
- Ali təhsil (İT idarəetmə, Tətbiqi Riyaziyyat, İqtisadi Kibernetika və oxşar sahələrdə ali təhsili olan namizədlərə üstünlük verilir);
- İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 3 il iş təcrübəsi;
- Proqram təminatının tətbiqi layihələrində iş təcrübəsi;
- Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində bilik və təcrübə;
- Proqramlaşdırmanın və Verilənlər bazasının əsaslarını bilmək;
- İstifadəçinin tələbləri əsasında müxtəlif tipli diaqramların, blok-sxemlərin, interfeys eskizlərinin hazırlanmasında bilik və təcrübə;
- Sistem Tələblərinin Spesifikasiyası və İstifadəçi Təlimatının hazırlanmasında iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis və Rus dillərindən ən az birini yaxşı səviyyədə bilmək;
- Analitik düşüncə tərzi, komandada işləmə və ünsiyyət qurma bacarığı.

Vəzifə öhdəlikləri:
- Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi;
-

İstifadəçinin tələbləri əsasında lazımi qanunların və müştərinin müəssisə daxili qaydalarının öyrənilməsi və bu əsasda analiz işlərinin həyata keçirilməsi;
- İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması;
- Müştərinin biznes proseslərinin öyrənilməsi, müvafiq diaqram metodları ilə modelləşdirilməsi və analiz edilməsi;
- İstifadəçi tələblərinin analizi nəticəsində sənədlərin hazırlanması və müştəri ilə razılaşdırılması;
- Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
- Sistemin tətbiqi mərhələsində müştəriyə lazımi təlimlərin verilməsi və istifadəçi təlimatlarının hazırlanması.

Tələblərə cavab verən namizədlərdən CV formasını e-mail vasitəsilə mövzu yerinə “Biznes analitik” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.