Şirkət: Prior Leasing
Vəzifə: İnsan Resursları üzrə Mütəxəssis

Namizədə olan tələblər:
 
·           Təhsil: Ali təhsil;
·           Müvafiq sahədə ən azı 1-3 illik iş təcrübəsinə malik olmalı;
·           AR Əmək Məcəlləsi və mövcud əmək qanunvericiliyi üzrə biliklər;
·           MS Office proqramları ilə sərbəst işləməyi bacarmalı;
·           Komandada işləməyi bacarmalı, stressə davamlı olmalı.


 
 
Vəzifə öhdəlikləri:
 
·           İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
·           İşçilərin əmək müqavilələrini hazırlamaq, onlarla bağlanmış müqavilələrə xitam vermək, vəzifə dəyişikliyi barədə sənədləşməni AR Əmək qanunvericiliyinə uyğun olaraq düzgün və vaxtında tərtib etmək;
·           İşçilərin şəxsi işlərini formalaşdırmaq və sistemləşdirmək;
·           İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasını (data baza) hazırlamaq, lazımi dəyişiklikləri oraya daxil etmək;
·    

;       Əməkdaşların daxili intizam qaydalarına və davamiyyətinə nəzarət edərək rəhbərliyə müvafiq hesabatları mütəmadi olaraq təqdim etmək;
·           İşçilərin təlim kurslarında, seminar və konfranslarda iştirakını təşkil etmək;
·           Əməkdaşlara lazım olan arayışları tərtib etmək;
·           Dövlət Məşğulluq İdarəsinə aylıq hesabatların təqdim edilməsi ilə bağlı maliyyəyə müvafiq məlumatları təqdim etmək;
·           Cəmiyyətin tərəfdaşlıq etdiyi rabitə şirkətinin kuratoru olaraq bütün cari işləri yerinə yetirmək;
·           Şöbənin fəaliyyəti barəsində aylıq və illik hesabatları hazırlamaq və öz rəhbərinə təqdim etmək.


 
İş şərtlərimiz:
 
·           Əmək haqqı: 970-1274 AZN;
·           İş qrafiki: Tam iş günü (5 gün);
·           İş saatları: 08:30-17:30.
 
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.