Təhsilin İnkişafı Fondu aşağıdakı vakansiya üzrə işə qəbul həyata keçirir:

- Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsi/ Layihələr üzrə mütəxəssis.

Əsas vəzifə öhdəlikləri:

  • Layihələr üzrə planların hazırlanmasına dəstək verilməsi;
  • Layihələrin təsdiq edilmiş plana uyğun şəkildə icra olunmasının monitorinqi;
  • Layihə üzrə tərəfdaşlarla əməkdaşlığın koordinasiyası;
  • Layihə üzrə görülən işlərin keyfiyyətinə nəzarət etmək;
  • İşəgötürən və birbaşa rəhbər tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqları yerinə yetirmək.

• Nəyi bilməlidir?

  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı qabiliyyətini (rus dili üzrə isə arzuolunandır);
  • MS Office proqramlarında sərbəst işləmək bacarığını.

• Nəyi bacarmalıdır?

  • PMP sertifikatının olması üstünlükdür;
  • Layihələrin idarə olunması üzrə praktiki və nəzəri biliklərə malik olmalıdır;
  • Təqdimetmə bacarığı;
  • Ünsiyyət bacarığı;
  • Məsuliyyətlilik.

• Xüsusi tələblər:

  • Ali təhsil;
  • Layihələrin idarə edilməsi üzrə minimum 3 (üç) il iş təcrübəsinə malik olmalı.

• Gözlənilən davranışlar:

  • Analitik düşünmək, gərgin iş rejimində işləmə, çevik qərar-vermə və problemi həll etmə bacarıqları;
  • Nizam-intizam qaydalarına riayət;
  • Komanda işi.

 Maraqlanan namizədlər CV-ni mövzu hissəsində vakansiyanın adını göstərməklə [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Son müraciət tarixi: 23.01.2023-cü il

Yalnız seçilmiş namizədlərlə əlaqə yaradılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.