“Bank Respublika” ASC İnformasiya Təhlükəsizliyi Departamentinin Təhlükəsizlik infrastrukturu şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • DLP sisteminin tətbiqi və idarə edilməsi;
  • Ehtiyat surətlərin yaradılması prosesinə nəzarət edilməsi;
  • Baş vermiş insidentlərin araşdırılması və təhlili;
  • İnformasiya təhlükəsizliyinə dair prosedur, siyasətlərin yazılması və test olunması;
  • İnformasiya təhlükəsizliyi standartlarının tətbiq olunması və onlara əməl edilməsinə nəzarət.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı);
  • Şəbəkəavandanlıqlarının (router, switch, access point, firewall və.s) əsas parametrlərinə dair biliklər;
  • DLP sistemlərinin işləmə mexanizmi barədə dərin biliklər;
  • Ehtiyat surətlərin yaradılması prosesi üzrə dərin biliklər;
  • Monitorinqsistemləriüzrə biliklər;
  • İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).
  • Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı.

 

 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 avqust 2023-cü il tarixinədək email-in mövzu hissəsində Təhlükəsizlik infrastrukturu şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə namizədliyinizə baxılmaya bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.