“MKT İK” MMC Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Mingəçevir, Neftçala, Tərtər, Yevlax, Zərdab komandasına qoşulmaq üçünGənc Elektrikaxtarır**.** Vəzifə öhdəlikləri: Gənc elektrik çalışdığı bölgə üzrə baş energetiklərin rəhbərliyi altında aşağıdakı işləri icra edir: ·Qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi; ·Elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması; ·Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi, sazlanması və xidməti üzrə işlərin yerinə yetirilməsi; ·Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün olaraq bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq Baş energetikə məruzə edilməsi; ·Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumatın verilməsi; ·Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət edilməsi; ·Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edilməsi, qısaqapanmanın yaranmaması üçün lazımi addımların atılması; ·Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasının təmin edilməsi; ·Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfinin təhlil edilməsi, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumatın verilməsi;
·Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərinin icra edilməsi.
Tələblər
- Sahə üzrə iş təcrübəsinin olması üstünlükdür;
- Müvafiq sahə üzrə təhsil;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
- Azərbaycan dilini səlis(rus dili orta səviyyədə üstünlükdür) bilməlidir.
- Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Səriştələr:
- Məsuliyyətli
- Şəxsi inkişafa meylli
- Pozitiv
- Özünütəşkiletmə qabiliyyəti
- Nailiyyət yönümlülük
- Etibarlılıq
- Dürüstlük