Komandamıza məsuliyyətli, punktual və ünsiyyətcil Administrator axtarırıq. 

 

Vəzifə öhdəlikləri:

Kafenin gündəlik fəaliyyətini təşkil və koordinasiya etmək;

Kafedə yüksək xidmət keyfiyyətinin təmin olunmasına nəzarət etmək;

Müştərilərə göstərilən xidmətin şirkət standartlarına uyğun olmasını təmin etmək;

Komandanın gündəlik iş prosesini koordinasiya etmək və idarə etmək.

Məhsulların vitrində səliqəli düzülüşünə nəzarət etmək;

Xidmət zamanı yaranan problemləri operativ həll etmək.

Növbənin açılış və bağlanış prosesinə nəzarət etmək;

İş bölgüsünü düzgün həyata keçirmək və əməkdaşların fəaliyyətini əlaqələndirmək;

Tələblər:

Satış və müştəri xidməti sahəsində bilik və təcrübə;

Güclü ünsiyyət və liderlik bacarıqları;

Məsuliyyətli, dəqiq və komandanı idarəetmə bacarığı;

Operativ qərarvermə və problem həll etmə bacarığı;

MS Office proqramlarından istifadə bacarığı;

Reklam

Ali təhsili; (Tam başa vurmuş);

Azərbaycan və rus dilində səlis danışıq (ingilis dili biliyi üstünlükdür);

 

Biz təklif edirik:

Əməkhaqqı 1000 Azn NET; (Artan əməkhaqqı);

Növbəli iş qrafiki; (7:00-22:30 aralığında 8 saatlıq iş qrafiki);

Mehriban və dinamik iş mühiti;

Təminatlar:

Təlim və peşəkar inkişaf imkanları;

Nahar ilə təmin edilmə;

İş yeri: Bakı şəhəri, mərkəz və mərkəzə yaxın ərazilər.

 

Müraciət etmək istəyən namizədlərdən CV-ləri mövzu bölməsində “Administrator” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.