ADNSU-Vorvik Universiteti ikili diplom Proqram Rəhbəri.

“Bərpa olunan enerji mənbələri” ixtisası üzrə

 

 

Vəzifənin məqsədi:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində University of Warwick ilə birgə həyata keçirilən ikili diplom və beynəlxalq proqramlar çərçivəsində “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə tədris prosesinə akademik rəhbərlik etmək.

 

 

Vəzifə öhdəlikləri:

1.Vorvik Proqramı üzrə akademik rəhbərlik (əsas prioritet)

Vorvik Proqramı çərçivəsində bərpa olunan enerji fənləri üzrə tədris planlarının, sillabusların və dərs yüklərinin dərindən mənimsənilməsi, uyğunlaşdırılması və icrasının təmin edilməsi

Laboratoriya dərslərinin tədris planına uyğun metodiki əsaslarla təşkili və icrasına akademik rəhbərlik

Praktiki məşğələlərin, laboratoriya işlərinin və semestr tapşırıqlarının hazırlanmasına və mütəmadi yenilənməsinə rəhbərlik

Tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesində iştirak və akademik qiymətləndirmə standartlarına riayət olunmasının təmin edilməsi

Tədris prosesi zamanı təhlükəsizlik qaydalarına, akademik intizama və etik normalara nəzarət

 

 

2. Laboratoriya fəaliyyətinin təşkili (tədrisi dəstəkləyən funksiya)

Tədris məqsədli laboratoriya avadanlıqlarının təhlükəsiz, düzgün və səmərəli istifadəsinin təmin edilməsi

Laboratoriya işləri üzrə metodik vəsaitlərin, texniki təlimatların və göstərişlərin hazırlanması və yenilənməsi

Müasir enerji və laboratoriya texnologiyalarının tədris prosesinə inteqrasiyasının təşviqi

Avadanlıqların saxlanılması, texniki baxışı, risklərin qiymətləndirilməsi və yenilənməsi ilə bağlı təkliflərin hazırlanması

 

 

3. Akademik keyfiyyət və metodiki koordinasiya

Fakültə və kafedralarla əməkdaşlıq edərək Vorvik Proqramı üzrə tədris keyfiyyətinin artırılmasının koordinasiyası

Proqram çərçivəsində dərs deyən müəllimlərə və tədris-köməkçi heyətə metodiki dəstəyin göstərilməsi

Akkreditasiya, daxili keyfiyyət təminatı və proqram qiymətləndirmə proseslərində Vorvik Proqramı üzrə müvafiq hissələrdə iştirak

 

4. Elmi-tədqiqat (əlavə üstünlük)

Proqramla əlaqəli tətbiqi və elmi-tədqiqat istiqamətlərinin inkişafına töhfə verilməsi

Tələbələrin elmi, innovativ və layihə əsaslı fəaliyyətə cəlb olunmasının təşviqi

Elmi məqalələrin, analitik hesabatların və sənaye yönümlü tədqiqatların hazırlanmasında iştirak

 

Namizədə qoyulan tələblər

Təhsil və peşəkar uyğunluq

Energetika, elektroenergetika, bərpa olunan enerji, mexanika və ya əlaqəli sahə üzrə magistr və ya PhD dərəcəsi

Ali təhsil müəssisəsində minimum 3–5 il tədris və akademik koordinasiya təcrübəsi

 

Peşəkar bilik və bacarıqlar

Ali təhsildə kredit sistemi, sillabus strukturu, dərs yükünün planlaşdırılması və qiymətləndirmə mexanizmləri üzrə dərin biliklər

Tədris yönümlü laboratoriya dərslərinin təşkili və idarə olunması üzrə praktik təcrübə

Bərpa olunan enerji sistemləri (günəş, külək, bioenerji, hidrogen və s.) üzrə əsas texniki və metodiki biliklər

Təhlükəsizlik və texniki istismar qaydaları üzrə biliklər

Dil və rəqəmsal bacarıqlar

Azərbaycan dili – səlis

İngilis dili – akademik yazışma, proqram koordinasiyası və beynəlxalq əməkdaşlıq səviyyəsində

MS Office, LMS və digər rəqəmsal tədris platformaları ilə işləmək bacarığı

 

Şəxsi və rəhbərlik səriştələri

Yüksək akademik məsuliyyət və etik davranış

Strateji düşünmə, planlaşdırma və koordinasiya bacarığı

Müəllim heyəti, tələbələr və beynəlxalq tərəfdaşlarla effektiv ünsiyyət qurmaq qabiliyyəti

 

Biz nə təklif edirik:

Beynəlxalq akademik proqramda liderlik rolu

Aylıq əmək haqqı: 3000-3500 AZN

Beynəlxalq proqram çərçivəsində əlavə akademik və elmi fəaliyyət imkanları

Qlobal universitetlərlə əməkdaşlıq mühiti

Akademik inkişaf və elmi-tədqiqat imkanları

Müasir laboratoriya infrastrukturu və institusional dəstək

 

Müraciət et

 

QEYD: Bildiririk ki, yalnız müvafiq tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.