Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə Aparıcı mütəxəssis vəzifəsi üzrə peşəkar və məsuliyyətli namizəd axtarır.

Əsas vəzifə öhdəlikləri:

          •        Futbolda sosial layihələr və klubların sosial məsuliyyəti üzrə strategiyanın hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;

          •        Sosial və ekoloji dayanıqlılıq siyasətlərinin hazırlanmasını və formalaşdırılmasını təmin etmək;

          •        Beynəlxalq standartlara uyğun olaraq illik dayanıqlılıq və sosial məsuliyyət hesabatlarını hazırlamaq;

          •        Uzunmüddətli sosial layihələri planlaşdırmaq və onların həyata keçirilməsini koordinasiya etmək;

          •        Sosial, ekoloji və məsuliyyətli idarəetmə (SƏM) dayanıqlılığı meyarları üzrə futbol klubları ilə əməkdaşlığı təşviq etmək;

          •        SƏM dayanıqlılığı platformasının fəaliyyətinə nəzarət etmək və onun səmərəli fəaliyyətini təmin etmək;

          •        Müvafiq meyarlar üzrə seminar və təlimlərin təşkilini həyata keçirmək;

          •        Uşaqların hüquq və maraqlarının qorunması üzrə məsul şəxs funksiyasını yerinə yetirmək;

          •        Struktur bölmənin fəaliyyət istiqamətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Namizədə dair tələblər:

          •        Ali təhsil;

          •        Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

          •        Uşaq hüquqları üzrə biliklər;

          •        Sosial layihələrin təşkili və həyata keçirilməsi sahəsində təcrübə;

          •        Media savadlılığı və sosial şəbəkələrdən düzgün istifadə bacarığı;

          •        Komanda ilə işləmək və əməkdaşlıq bacarığı;

          •        Yüksək ünsiyyət və davranış mədəniyyəti;

          •        MS Office proqramları ilə işləmək bacarığı;

          •        Google Meet və Microsoft Teams proqramlarından istifadə bacarığı;

          •        Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;

          •        B2 (Upper-Intermediate) səviyyəsində -İngilis dili biliyi ;

          •        Yüksək səviyyədə rus dili biliyi.

İş şəraiti:

          •        Peşəkar və inkişafyönümlü iş mühiti;

          •        Müxtəlif sosial və ekoloji layihələrdə iştirak imkanı;

Əməkhaqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən edilir.

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Aparıcı mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.