İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB)Maliyyə departamentinin Büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinə baş mütəxəssis üzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri:
  • Müəssisənin iqtisadi fəaliyyətinin illik və operativ proqnoz layihələrinin tərtibi üçün ilkin məlumatların hazırlanması;
  • Maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar aidiyyatı struktur bölmələrindən zəruri məlumatların toplanması;
  • Müəssisənin təsərrüfat fəaliyyətini iqtisadi təhlil edir və qənaət rejiminin təmin edilməsi, görülən işlərin səmərəliliyinin artırılması, itkilərin və qeyri-zəruri xərclərin qarşısının alınması üçün təhlillərin aparılması;
  • Hesablama işlərinin və büdcə tərtibi tapşırıqlarının yerinə yetirilməsində müasir texnologiyaların tətbiq edilməsi;
  • Müxtəlif tipli iqtisadi əsaslandırmaların, tələb olunan arayışların hazırlanması;
  • İqtisadi göstəricilərin yaxşılaşdırılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edilməsi;
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının dəqiq şəkildə və vaxtında hazırlanması;
  • Hər bir hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, fərqlər barədə hesabatın hazırlanması;
  • Əməliyyat xərcləri ilə bağlı sənədlərin Büdcə nəzarəti prosedurlarına uyğun olaraq günlük yoxlanılması və təsdiqi;
  • Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
  • Maliyyə proseslərinin və idarəetmə hesabatlarının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək.
  • Birbaşa rəhbərin veriləcək tapşırıqlarını icrasını təmin etmək.
Vəzifəyə dair tələblər:
  • Ali təhsil - Maliyyə və audit sahəsi üzrə;
  • İstehsalat və ya audit şirkətində müvafiq sahə üzrə azı 2 il iş təcrübəsi;
  • Ofis proqramları (Excel, Powerpoint, Outlook,Word) üzrə biliklərin yüksək səviyyədə olması;
  • Müvafiq sahə üzrə biliyi təsdiq edən ACCA(FA) sertifikatının olması zəruridir, ACCA (FR) və ACCA (DipİFR) sertifikatlarının olması arzuolunandır;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (Rus və ingilis dil biliyi üstünlükdür);
  • Məsuliyyətlilik;
  • Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;
  • Güclü analitika və problemi təhlil etmə bacarığı;
  • Dəqiqlik;
  • Müstəqil və komandada işləmə bacarığı.
Müraciət qaydası:
  • Vakansiyaya son müraciət tarixi: 15.04.2022-ci il;
  • CV-lər[email protected]ünvanına göndərilməlidir[1];
  • Göstərilən tələblərə cavab verən namizədlərdənnümunəvi formaya uyğunCV-lərini mövzu yerinə “Büdcə planlaşdırılması və hesabatlılıq şöbəsi üzrə baş mütəxəssis” yazaraqgöndərmələri xahiş olunur;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
    [1]Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir:yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.