İT komandamıza Aİ üzrə təcrübəçi axtarışındayam. Aİ sahəsi üzrə öz karyerasını qurmaq istəyənlər CV -lərini Aİ üzrə təcrübəçi başlığı ilə [email protected] mail ünvanına yönləndirə bilərlər.
Məlumat üçün bildirim ki, təcrübə müddəti ödənişli (Maaşlı) və rəsmi qaydadadır, nahar isə şirkət tərəfindən ödəniləcək. Bütün proseslər mentor tərəfindən 0-dan öyrədiləcəkdir.
Vəzifə öhdəlikləri:
Data toplama, təmizləmə və emalı proseslərinə dəstək vermək
Mövcud AI modellərinin test edilməsi və performansının qiymətləndirilməsi
Komanda üzvləri ilə birlikdə araşdırma və sənədləşdirmə işlərində iştirak
Kodun yazılması, sınaqdan keçirilməsi və sənədləşdirilməsi
Tələblər:
Kompüter elmləri, riyaziyyat, statistika və ya əlaqəli sahədə bakalavr/magistr tələbəsi (və ya son kurs məzunu)
Python proqramlaşdırma dilində əsas biliklər
Maşın öyrənməsi konsepsiyaları (məsələn, neyron şəbəkələr, tənzimləmə, məlumat emalı) barədə əsas anlayış
TensorFlow, PyTorch və ya oxşar kitabxanalarla tanışlıq (üstünlükdür, mütləq deyil)
Analitik düşüncə və problem həll etmə bacarığı
Komanda ilə işləmək bacarığı və öyrənməyə həvəs
İngilis dilində texniki mətnləri oxuyub anlaya bilmək
Nə təklif edirik:
Real layihələr üzərində praktiki təcrübə
Təcrübəli mentorlardan öyrənmə imkanı
Çevik iş qrafiki