Uşaqların məktəbəqədər təhsilə çıxış imkanlarının genişləndirilməsi məqsədilə Ailə tipli icma əsaslı məktəbəqədər təlim qruplarının təşkilinə başlanılır.
Əgər yaşadığınız ərazidə dövlət və ya özəl bağça, yaxud icma əsaslı məktəbəqədər təlim qrupu fəaliyyət göstərmirsə, uşaqların məktəbəqədər təhsilə çıxışı məhduddursa və öz evinizdə və ya digər uyğun məkanda təhlükəsiz təlim mühiti yaratmaq imkanınız varsa, bu təşəbbüsə qoşula bilərsiniz.
Kimlər müraciət edə bilər?
* Tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən valideynlər, xüsusilə xanımlar;
* Məktəbəqədər təhsil, məktəbəhazırlıq və ya tədris təcrübəsi olan şəxslər;
* Erkən yaşlı uşaqların inkişafına dəstək vermək istəyən təşəbbüskar şəxslər;
* Öz evində və ya digər uyğun məkanda təlim qrupu təşkil etmək imkanı olan şəxslər.
İlkin tələblər:
* Minimum tam orta təhsil;
* Uşaqlarla işləməyə maraq və məsuliyyətli yanaşma;
* Təlim proqramında iştirak etməyə hazırlıq;
* Təhlükəsizlik və gigiyena tələblərinə cavab verən məkan.
Təlim qrupları necə fəaliyyət göstərəcək?
* Hər qrupda 4-8 uşaq iştirak edəcək;
* Fəaliyyət həftədə 4 gün, gündə 2 - 2,5 saat təşkil olunacaq;
* Təlimlər oyun əsaslı və məktəbə hazırlıq istiqamətində keçiriləcək;
* Fəaliyyət mentor və metodistlər tərəfindən dəstəklənəcək və monitorinq ediləcək.
Müraciət zamanı təqdim olunan məlumatlar qiymətləndirildikdən sonra növbəti mərhələyə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün: LİNK
Son müraciət tarixi: 23.09.2026