Anbardar
Sağlam Ailə tibb mərkəzi "Anbardar"vakansiyası elan edir: Vakant vəzifə haqqında:
- Mal və materialları qəbul edir;
- Malın anbarda standartlara uyğun yığım və düzülüş qaydalarına əsasən yerləşdirir;
- Anbarda olan mal və materialların saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric səndələrinin təhvil qaydalarına riayət edir;
- Anbarın hesabatının aparılmasında iştirak edir;
- Anbardakı malların dövriyyəsini analiz edir;
- Anbarda keçirilən sayımlarda və auditdə iştirak edir;
- Məsuliyyətində olan anbarların təmiz, səliqəli və nizamlı olmasına nəzarət edir;
- Anbarda olan malların istifadə müddətinə nəzarət edir və müddəti bitən malları müvafiq təlimatlara uyğun “Utilizasiya akt”ını dolduraraq çıxışını həyata keçirir;
Namizədə olan tələblər:
- Ali və ya orta texniki təhsil;
- Tibb sahəsində anbardar kimi iş təcrübəsi arzuolunandır;
- Azərbaycan və rus dili;
- MS Office bilikləri;
- Punktual, aktiv, çevik, diqqətli, stresə davamlı və məsuliyyətli olmalı.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş günü: 6 gün
- Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq**“Anbardar”**qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected]elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.