Aparıcı Memar - Dizayner vakansiyası

 

Vəzifə öhdəlikləri:

Layihələrin yoxlanılması, analizi və zəruri düzəlişlərin verilməsi

Memarlıq və mühəndislik planlarının hazırlanması və layihələndirməyə nəzarət

Layihələrin yerli və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi

Podratçı və subpodratçıların işlərinə nəzarət, görülən işlərin yoxlanılması və hesabatların hazırlanması

Layihə proqramı və dizayn tələblərinin hazırlanması

Layihə qruplarına dizayn spesifikasiyalarının izah edilməsi və koordinasiya 

Məsləhətçilərin rəy və təkliflərinin koordinasiyası

Layihələndirmə məsələlərinin vaxtında həlli üçün tərəfdaşlarla ünsiyyət

Obyektlərdə ölçü işlərinin aparılması

Eskiz, memarlıq planları, shop drawing və detallı çertyojların hazırlanması

Eksteryer və interyer üzrə 3D vizuallaşdırmaların hazırlanması

Fit-Out işləri üzrə layihələrin icrasında iştirak

 

Tələblər:

Müvafiq sahə üzrə ali təhsil

Fit-Out / interyer layihələri sahəsində minimum 5 il iş təcrübəsi

ArchiCAD, AutoCAD, 3ds Max, Revit, SketchUp, Adobe Illustrator və s. proqramlarda işləmək bacarığı

Rus və ingilis dilləri arzuolunandır

Əllə eskiz çəkmək bacarığı üstünlükdür

Shop drawing və detallı çertyojlar üzrə praktiki təcrübə

Məsuliyyətli, dəqiq, nizam-intizamlı və kreativ olmaq

Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı

 

İş yeri: Bakı

İş qrafiki: Tam ştat

Əmək haqqı: 2500 AZN 

 

CV-lərinizi mövzu hissəsində “Memar dizayner” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.