Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən Arkan İnnovations MMC-də hal hazırda “Aparıcı Mühasib" vakansiyası mövcuddur

 

 Əsas vəzifə öhdəlikləri:

• Müəssisədə mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;

• İlkin mühasibat sənədlərinin qəbul edilməsi, yoxlanılması və sistemləşdirilməsi;

• Təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi;

• Kassa və bank əməliyyatlarının uçotunun aparılması;

• Debitor və kreditor borclarının uçotu və nəzarətdə saxlanılması;

• Əməkhaqqı və əməkhaqqı ilə bağlı hesablamaların aparılması;

• Vergi, sosial sığorta və digər məcburi ödənişlər üzrə hesablamaların aparılması;

• E-qaimə, hesab-faktura və digər mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;

• Vergi və digər müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;

• Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər aktivlərin uçotunun aparılması;

• Aylıq, rüblük və illik maliyyə və mühasibat hesabatlarının hazırlanmasında iştirak etmək;

• Mühasibat sənədlərinin düzgünlüyünə və arxivləşdirilməsinə nəzarət etmək

• Audit və yoxlamalar zamanı tələb olunan məlumat və sənədlərin hazırlanması;

• Mühasibat uçotu üzrə digər cari işlərin həyata keçirilməsi.Namizəddən tələblər:

• Ali təhsil – mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə;

• Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;

• Mühasibat uçotunun bütün əsas istiqamətləri üzrə praktiki bilik və iş təcrübəsi;

• Vergi və əmək qanunvericiliyi üzrə yaxşı biliklər;

• Vergi və mühasibat hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;

• E-qaimə, elektron vergi sistemi və digər elektron mühasibat platformaları ilə işləmək bacarığı;

• 1C və digər mühasibat proqramları ilə işləmək bacarığı;

• MS Office, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;

• Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;

• Detallara diqqət, dəqiqlik və məsuliyyətlilik;

• Müstəqil işləmək və problemləri operativ həll etmək bacarığı.

 

 İş şərtləri:

İş qrafiki: 09:00–18:00 (5 günlük)

Əmək haqqı: Razılaşma yolu ilə 

İş yeri: Xətai rayonu 

 

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini "Aparıcı Mühasib” adını mövzu hissəsinə qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.