Medco Hospital Group olaraq klinikalarımızın genişlənmə strategiyasının bir hissəsi olaraq, perspektivli mütəxəssislərin erkən mərhələdə aşkar edilməsi, klinikaların iş prinsiplərinə uyğun şəkildə yetişdirilməsi və uzunmüddətli kadr ehtiyatının formalaşdırılması məqsədi ilə Təcrübə proqramları üzrə vakansiyalarımız aktivdir:
1. Bazar araşdırması üzrə təcrübəçi:
▪️ Tamamlanmış Ali və ya Orta ixtisas təhsili;
▪️ Azərbaycan dilində səlis nitq, İngilis və ya Rus dili biliyi mütləqdir;
▪️ Kompüter və ofis proqramlarında işləmə bacarığı;
▪️ Bəy namizədlərə üstünlük verilir.
2. Telesatış üzrə təcrübəçi:
▪️ Tamamlanmış Ali və ya Orta ixtisas təhsilli;
▪️ Azərbaycan və Rus dilində səlis danışıq bacarığı;
▪️ Ünsiyyətcil, inandırma və aktiv dinləmə bacarığı;
▪️ Satış və ya müştəri xidməti sahəsinə maraqlı.
3. Satınalma üzrə təcrübəçi:
▪️ Tamamlanmış Ali və ya Orta ixtisas təhsilli;
▪️ Analitik düşüncə və diqqətlilik;
▪️ Təchizat, inventar və satınalma proseslərinə maraq;
▪️ Kompüter bilikləri: MS Office (xüsusilə Excel).
Təcrübə proqramlarının müddəti 2 aydır və iştirakçılara aylıq müəyyən miqdarda ödəniş nəzərdə tutulub.
Tibb sahəsində peşəkar komanda ilə çalışaraq bilik və təcrübə qazanmaq istəyən namizədləri təcrübə proqramlarına qoşulmağa dəvət edirik.
Maraqlananlar [email protected] e-mail ünvanına müvafiq başlıq ilə CV göndərərək müraciət edə bilər.