ASAN könüllülərinin “Yaşıl ASAN” ekoloji proqramına növbəti üzv qəbulu elan olunur.
Ekoloji sahədə təhsil alan və ya bu sahəyə marağı və təcrübəsi olan gənclər proqrama qoşula bilər. Proqram 3 ay müddətində davam edəcək.
K-247 qrupunadək ASAN könüllüsü olmuş şəxslər birbaşa aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/S7SAizYXtoKyd4BN7
K-247 qrupu və sonrakı qruplarda ASAN könüllüsü kimi iştirak etmiş şəxslər isə portal.asanvolunteers.az saytına daxil olaraq “Müraciətlərim” bölməsi üzərindən yeni müraciət yaradaraq, “Yaşıl ASAN” istiqamətini seçməklə, ekoloji proqrama qoşulmaq imkanı əldə edə bilərlər.
Son müraciət tarixi: 3 dekabr 2025-ci il
Yalnız ASAN könüllüsü olmuş şəxslər müraciət edə bilərlər.