ABB ATM və Ödəniş terminalları şəbəkəsinə texniki dəstək şöbəsinə Baş mütəxəssis vakansiyası elan edir. ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.
  Görəcəyiniz işlər:
  • ATM-lərin texniki monitorinqi;
  • Bankomatların əməliyyat sistemlərinin yenilənməsi;
  • ATM və ÖT-nın texniki xidmətinin həyata keçirilməsi;
  • ProView proqram təminatı vasitəsi ilə ATM-lərdəki texniki problemlərinin aşkarlanması və məsafədən aradan qaldırılması.
  Bizim üçün uyğun namizəd:
  • Ali təhsilli (texniki sahədə təhsil üstünlükdür);
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən;
  • Excel, ProView və Telescope proqramları üzrə mükəmməl biliklərə sahib;
  • İnduktiv və analitik təhlil bacarığına sahib;
  • Problemləri həll etmə bacarığına sahib olan;
  • Komandada iş bacarıqlarına sahib olan.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini[email protected]elektron ünvanına göndərə bilərlər.   Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “ATM və ÖT şəbəkəsinə texniki dəstək şöbəsinə Baş mütəxəssis ” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.   İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.abb.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.