AUDIO & VİDEO TEXNİKİ ÜZRƏ TƏCRÜBƏ PROQRAMI
Texnologiyaya marağın var? Böyük tədbirlərin arxa planında nələrin baş verdiyini öyrənmək və peşəkar texniki komandanın bir hissəsi olmaq istəyirsən?
O zaman bu fürsət sənin üçündür!
2 ay ərzində sən:
- Audio və video avadanlıqları ilə işləməyi öyrənəcəksən;
- Proyeksiya sistemlərinin quraşdırılması və idarə olunmasında iştirak edəcəksən;
- Real tədbirlərdə praktiki təcrübə qazanacaqsan;
- Peşəkar texniki mütəxəssislərlə birlikdə çalışacaqsan.
BİZ SƏNƏ NƏ TƏKLİF EDİRİK?
- 2 aylıq praktiki təcrübə proqramı;
- Peşəkar təlim və öyrənmə imkanı;
- Yol və nahar təminatı;
- Uniforma;
- Proqramın sonunda sertifikat.
İş məkanı: Əsasən 5 ulduzlu otellər və müxtəlif tədbir məkanları.
Proqramın müddəti:2 ay.
MÜRACİƏT ET!
CV-ni [email protected] ünvanına göndər və texnologiya dünyasına ilk addımını bizimlə at!