Avrora MMC “Proqram Təminatı üzrə kiçik mütəxəssis (Frontend)” vakansiyasını elan edir!
Əsas vəzifə öhdəlikləri:
· Verilən tapşırıqlara əsasən frontend hissələrin hazırlanması;
· HTML, CSS və JavaScript istifadə edərək istifadəçi interfeyslərinin yaradılması;
· Mövcud frontend səhifələrində dəyişiklik və düzəlişlərin edilməsi;
· Backend API-lərindən gələn məlumatların frontend-də düzgün göstərilməsi;
· Mobil və desktop görünüşlər üçün responsive dizayn prinsiplərinə əməl edilməsi;
· Kodların oxunaqlı, səliqəli və qəbul olunmuş standartlara uyğun yazılması;
· Git və ya digər versiya idarəetmə sistemlərindən istifadə edilməsi;
· Code review zamanı verilən qeydlərin nəzərə alınması və düzəlişlərin edilməsi;
· Proqramda yaranan vizual və funksional xətaların araşdırılması və aradan qaldırılması;
· Texniki sənədlərin, tapşırıq qeydlərinin və görülən işlərin qısa şəkildə qeyd olunması;
· Komanda daxilində gündəlik və həftəlik işlərin icrası barədə məlumat verilməsi;
· Lazım olduqda test komandası, backend developer və biznes analitiklərlə əməkdaşlıq edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
· RESTful API prinsipləri və HTTP status kodları haqqında məlumatlılıq;
· Observables və əsas operatorlarla işləmək bacarığı;
· Klasslar, inheritance (mirasalma), encapsulation və interfeyslər haqqında təməl biliklər;
· Statik tipləmə, interfeyslər (Interfaces) və class-larla işləmək təcrübəsi;
· Arrow functions, Promises, Async/Await və Array metodları (map, filter, reduce) haqqında biliklər;
· Semantik kodlaşdırma, Cross-browser uyğunluğu və adaptiv dizayn (Responsive Web Design) prinsipləri, Flexbox və Grid ilə işləmək bacarığı;
· Framework-ün əsasları: Components, Services, Modules, Dependency Injection üzrə biliklər.
Tələb olunan təhsil, iş təcrübəsi:
· Təhsil: Ali təhsil;
· Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi.
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Nərimanov ray., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
• Əmək bazarında rəqabətli əməkhaqqı;
• Peşəkar komanda mühiti;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram təminatı üzrə kiçik mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.