Sizi sükan arxasına dəvət edirik!
Namizəd müəyyən edilmiş marşrut və hərəkət cədvəlinə uyğun olaraq avtobusu idarə etməli və sərnişinlərin təhlükəsiz daşınmasını təmin etməlidir.
Sizi hansı öhdəliklər gözləyir?
• Avtobusu müəyyən edilmiş marşrut və hərəkət cədvəlinə uyğun təhlükəsiz idarə etməli;
• Sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etməli;
• Yol hərəkəti qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət etməli;
• Avtobusun texniki vəziyyətinə nəzarət etmək və aşkar olunan nasazlıqlar barədə vaxtında məlumat verməli;
• Xidmət zamanı yaranan fövqəladə və digər hallarda müəyyən edilmiş qaydalara uyğun hərəkət etməli;
• Təsdiq olunmuş vəzifə təlimatına uyğun olaraq gündəlik əmək funksiyasını həyata keçirməli;
• Gərgin və operativ xidmət şəraitində işləmək bacarığı olmalı, təhlükəsizlik prosedurlarına və intizam qaydalarına ciddi riayət etməli, məsuliyyətli olmalı.
Namizədlərdən tələblərimiz
• Yaş həddi: 65 yaşa qədər;
• D kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
• Həqiqi hərbi xidmət keçmiş olmalı;
• Avtobus idarə etmək üzrə iş təcrübəsi üstünlükdür;
• Sərnişinlərlə düzgün ünsiyyət qurmaq bacarığı olmalı.
İş şəraiti
• Əməkhaqqı: 1350 AZN (Gross);
• İş rejimi: növbəli;
• İş yeri: Bakı şəhəri;
• Müəssisədəki iş stajına uyğun olaraq əmək haqqına əlavələr;
• Geyim forması ilə təminat;
• Servis xidməti;
• Stabil və etibarlı iş mühiti.
Sizə nə təklif edilir?
• Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
• Psixoloji dəstək xidməti.
Müraciət Üçün
• Vakansiyaya müraciət etmək üçün hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!