Texnoloji nəzarət və imtahan materiallarının avtomatlaşdırılmış çapı şöbəsi

 

Avtomatlaşdırılmış çap prosesinin proqram təminatı və imtahan cavablarının elektron təsvirlərinin alınması sektoru

 

 Baş mütəxəssis vəzifəsi üzrə vakansiya 

Qulluq funksiyaları:

1.   Mərkəzin kağız daşıyıcılarda keçirdiyi bütün imtahanlar üçün sual kitabçaları və cavab vərəqlərinin avtomatlaşdırılmış rejimdə çapının və komplektasiyasının təşkilində iştirak

2.   Texnoloji çap xətlərinin idarə edilməsi, proqram və şəbəkə problemlərinin aradan qaldırılması

3.   Qapalı rejimli mühitdə (bunker şəraitində) fiziki iştirak tələb edən tapşırıqların dəqiq icrasını təmin etmək.

4.   Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.)

5.   Rəhbərlik və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi

 

Tələblər:

-      Ali təhsil: Texniki və texnoloji ixtisaslar qrupu üzrə orta və ya ali ixtisas təhsili

-      İş stajı: tələb yoxdur

-      "MS Windows", "MS Excel", "Internet" və "Outlook" ilə işləmək bacarığı;

-      Xarici dil bilikləri: İngilis dili – A2

 

Müraciət qaydası: 

-      Vakansiya üzrə müraciət etmək istəyən şəxslər Kadrlar uçotunun şəxsi vərəqəsini dolduraraq mövzu bölməsində “Avtomatlaşdırılmış çap prosesinin proqram təminatı və imtahan cavablarının elektron təsvirlərinin alınması sektoru  – baş mütəxəssis” qeyd etməklə 15 yanvar 2026-cı il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.