Keyfiyyət üzrə menecer
AZCON Holding keyfiyyət üzrə menecer vəzifəsinə vakansiya elan edir.
Vəzifə funksiyaları:
Holdinq və bütün törəmə şirkətləri əhatə edən vahid Keyfiyyət İdarəetmə Sisteminin (KİS) yaradılması, tətbiqi və davamlı saxlanılması;
Qrup üzrə keyfiyyət siyasətləri, standartları, prosedurları və əsas fəaliyyət göstəricilərinin (KPI) hazırlanması və bütün şirkətlərdə vahid şəkildə tətbiqinə nəzarət edilməsi;
Törəmə şirkətlərdə keyfiyyət tələblərinin icrasına nəzarət, əməliyyat xüsusiyyətləri nəzərə alınmaqla metodiki dəstək göstərilməsi;
Holdinq və şirkətləri səviyyəsində daxili auditlərin, boşluq təhlillərinin və rəhbərlik icmallarının planlaşdırılması və aparılması;
Şirkətlərdən daxil olan məlumatlar əsasında qrup üzrə keyfiyyət göstəricilərinin, risklərin və tendensiyaların təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi;
Qanunvericilik, sertifikatlaşdırma və beynəlxalq standartlara (məsələn, ISO və ya sahəyə uyğun digər standartlar) uyğunluğun təmin edilməsi;
Qrup üzrə davamlı təkmilləşdirmə təşəbbüslərinin idarə olunması, səbəb‐nəticə təhlili və korrektiv/preventiv tədbirlərin həyata keçirilməsi;
Təlimlər, məsləhətləndirmə və rəhbərliklə əməkdaşlıq yolu ilə keyfiyyət mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsi.
Əsas tələblər:
Keyfiyyətin idarə olunması, mühəndislik, menecment və ya əlaqədar sahədə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
Müəssisədə keyfiyyət idarəetmə sisteminin (KİS) tətbiqi, monitorinqi və davamlı təkmilləşdirilməsinə nəzarət;
"ISO 9001" və digər beynəlxalq/normativ standartların tələblərinə uyğunluğun təmin olunmasını izləmək;
Daxili auditlərin planlaşdırılması, keçirilməsi və nəticələrinin rəhbərliyə təqdim olunmasını təmin etmək;
Əsas fəaliyyət göstəricilərini (KPI) analiz edərək hesabatlar hazırlamaq və optimallaşdırma tədbirləri təklif etmək;
Komanda ilə işləmə bacarığı və maraqlı tərəflərlə effektiv ünsiyyət;
Müvafiq sahədə ən azı 5 illik təcrübə;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Effektiv ünsiyyət bacarıqları;
Azərbaycan dili (ana dili), ingilis dili (yüksək səviyyədə), rus dili (arzuolunan).
Müraciət et
Bizimlə əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi [email protected] ünvanına mövzu hissəsində “Keyfiyyət üzrə menecer” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.