AZCON Holding Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə sosial media marketinqi üzrə böyük mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

 Əsas tələblər:

• Marketinq, kommunikasiya, jurnalistika və ya əlaqəli sahə üzrə ali təhsil;

• ⁠Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;

• ⁠Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili (üstünlükdür), rus dili (üstünlükdür);

• ⁠Azərbaycan dilinin qrammatik qaydalarına riayət etməklə məzmun hazırlamaq, redaktə etmək və vizual məzmunlara istiqamət vermək bacarığı;

• ⁠Sosial media platformaları (LinkedIn, Instagram, Facebook, X, YouTube) ilə iş üzrə yüksək bacarıq və təcrübə;

• ⁠Analitik düşüncə və problem həll etmə bacarığı;

• ⁠Detallara diqqət və məsuliyyətlilik;

• ⁠Komanda ilə işləmək və koordinasiya etmək bacarığı;

• ⁠Strateji yanaşma və təşəbbüskarlıq.

 

 Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi [email protected] ünvanına mövzu hissəsində “Böyük mütəxəssis – Sosial media marketinqi” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

 

 Son müraciət tarixi: 20 iyun 2025-ci il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.