AZCON Holding “Rəqəmsal körpü” Təcrübə Proqramının 3-cü sessiyası üzrə müraciətlərin qəbuluna start verir.
Proqram İT sahəsində bakalavr təhsili alan tələbələrə istehsalat təcrübəsi çərçivəsində qazandıqları akademik bilikləri real iş mühitində praktik şəkildə tətbiq etmək imkanı yaradır.
15 fevral – 31 may 2027-ci il tarixlərini əhatə edən bu proqram çərçivəsində iştirakçılar öz sahələri üzrə təcrübəli mütəxəssislərlə birgə çalışaraq onların bilik və təcrübəsindən faydalanacaq, eyni zamanda peşəkar iş mühitini yaxından tanımaq fürsəti qazanacaqlar.
Təcrübə dövründə iştirakçılar, o cümlədən müxtəlif öyrənmə və inkişaf tədbirlərinə cəlb ediləcək, mentorluq dəstəyi və rəqəmsal tədris platformalarına çıxış əldə edəcəklər.
Son müraciət tarixi: 27 noyabr 2026-cı il