İş profili
Şirkət haqqında
"Kindergarten" özəl uşaq bağçası 2013-cü ildə Bakı şəhərində təsis olunmuşdur. Şirkət uşaqların inkişafı, o
cümlədən təhsili ilə məşğul olur (hər zaman balacanın rahatlığı üçün ailə mühiti yaratmağa çalışır). Halhazırda Bakıda yeganə bağçadır ki, fransıza kimi fəaliyyət göstərir və baş ofisi Londonda yerləşir.
"Kindergarten" daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı
məlumat almaq üçün kindergartenofficial instagram saytına baxa bilərsiniz.
Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!
Azərbaycan dili üzrə müəllim (Saatlıq / Yarımştat)
Namizədə tələblər
● Yaş: 23-45
● Təhsil: Ali (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və ya ibtidai sinif müəllimliyi ixtisası üzrə)
● İş təcrübəsi: Məktəbəqədər yaşlı uşaqlarla və ya bu sahədə iş təcrübəsi olanlara üstünlük verilir
● Dil bilikləri: Azərbaycan (əla / ana dili səviyyəsində). İngilis dili (orta)
Şəxsi keyfiyyətlər
● Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla effektiv ünsiyyət qurmaq bacarığı
● Fikirlərini aydın, lakonik və inamla ifadə etmək bacarığı
● Yeni bilik və bacarıqları mənimsəməyə və inkişaf etdirməyə həvəsli olmaq
● Yeni iş mühitinə və kollektivə tez uyğunlaşaraq komandanın bir hissəsi olmaq bacarığı
● Uşaqlara sevgi ilə yanaşmaq və onlara qayğı göstərmək
● Hər bir uşağa fərdi yanaşma qurmaq bacarığı
● Səbirli, emosional cəhətdən sabit və stresə davamlı olmaq
Əsas vəzifə öhdəlikləri
● Azərbaycan dili məşğələlərinin müəyyən olunmuş proqram üzrə rus və ingilis sektorları üçün əyləncəli
və interaktiv şəkildə tədris olunması
● Uşaqların nitq inkişafı, söz ehtiyatının artırılması və düzgün tələffüz və yazı vərdişlərinin formalaşdırılması
● Uşaqlara qayğı və sevgi ilə yanaşmaq
● Məşğələ saatlarında uşaqlara nəzarət etmək
● Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək
● Lazım olduqda uşaqların inkişafı ilə bağlı valideynlərlə mütəmadi ünsiyyətdə olmaq
İş şərtləri
● İş vaxtı: həftədə 5 saat (saatlıq işçi kimi, dərs cədvəlinə uyğun)
● Əmək haqqı: 400 AZN - 500AZN
Məlumatlandırıcı qeydlər
● Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
● CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur
● CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin
● Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır.
Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
● İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur
● İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini ([email protected]) -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Azərbaycan dili üzrə müəllim (Saatlıq / Yarımştat)” qeyd etmələri xahiş olunur.


