Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Bakı Turizm Peşə Məktəbi publik hüquqi şəxsi aşağıda qeyd olunan ixtisaslar üzrə işə qəbul üçün “Müəllim” vakansiyası elan edir:

 

1. Turizm təşkilatçısı ixtisası üzrə müəllim

2. Qrafik dizayner ixtisası üzrə müəllim

3. Aşpaz ixtisası üzrə müəllim

4. Bərbər,vizajist-manikürçü ixtisası üzrə müəllim

 

Vəzifə öhdəlikləri :

• Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırılmasını, onların müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin etmək.

• Tədris edilən fənnin, ixtisasın spesifik xüsusiyyətləri nəzərə alınmaqla tələbələrlə təlim məşğələləri aparmaq.

• Tədris intizamına riayət edilməsini və davamiyyətə əməl olunmasını təmin etmək.

• İxtisasını yüksəltməyə çalışmaq, müəllimlərin etik davranış qaydalarına riayət etmək.

 

Vəzifə üzrə tələblər :

• Ali təhsil

• Azərbaycan, Rus və İngilis dil biliyi

• 25-45 yaş arası

• Pedaqoji bacarıq, yaxşı ünsiyyət

• Təyin olunan proqram üzrə dərsləri maksimum effektivliklə tədris etmək

• İxtisas,pedaqogika və metodika sahəsi üzrə bilikləri yüksək səviyyədə olmalı

 

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində hansı ixtisas üzrə müraciət etdiklərini qeyd etməklə CV-lərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.