Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi işə qəbul elan edir

Gənclər və İdman Nazirliyi yeni istifadəyə verilmiş, aşağıda adları qeyd edilən tabe qurumların rəhbər vəzifələrinə sənəd qəbulu elan edir:

1. “Tərtər Olimpiya İdman Kompleksi” MMC-nin direktoru;

2. “Goranboy Olimpiya İdman Kompleksi” MMC-nin direktoru.

“- Olimpiya İdman Kompleksi” MMC-nin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

- ali təhsil;

- idman sahəsində 2 il olmaqla, ümumi 6 il iş stajı;

- yaşı həddi 50-dək.

1. “Biləsuvar Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru;

2. “Zərdab Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru;

3. “Ağstafa Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru.

“- Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

- ali təhsil;

- gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;

- yaşı həddi 35-dək;

- minimum 1 xarici dil bilmək.

Təqdim ediləcək sənədlər:

- CV foto ilə (CV-də iddia edilən vəzifənin adı qeyd olunmalıdır)

- Şəxsiyyət vəsiqəsinin surəti;

- ali təhsil haqqında diplomun surəti;

Sənədlər 25 oktyabr 2021-ci il il tarixindən Gənclər və İdman Nazirlyinin Regionlarla iş və kadrlar şöbəsinə, elektron formada isə [email protected] ünvanına göndərilməlidir.

Müraciət üçün son tarix: 05 noyabr 2021-ci il

Əlavə məlumat üçün telefon: (012) 465-65-71

Ünvan: Bakı, AZ1072,Olimpiya küçəsi, 4

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.