Azərbaycan Rəssamlıq Akademiyası Psixoloq vəzifəsi üzrə vakansiya elan edir.
Əsas tələblər:
• Psixologiya ixtisası üzrə ali təhsil
• 25–45 yaş aralığında olmaq
• Minimum 3 il iş təcrübəsi (uşaq və yeniyetmələrin psixologiyası və reabilitasiya sahəsində iş təcrübəsi üstünlükdür)
• Azərbaycan dilini əla səviyyədə bilmək
• Rus dilini yaxşı səviyyədə bilməsi arzu olunandır
• Səbrli olmaq və yüksək ünsiyyət bacarığına malik olmaq
• Komanda ilə işləmək bacarığı
• Qadın namizədlərə üstünlük verilir
Vəzifə öhdəlikləri:
• Psixoloji maarifləndirmə işinin aparılması
• Tələbə və müəllim heyətinin psixoloji vəziyyətinin müşahidə və qiymətləndirilməsi
• Tələbələrlə psixoloji konsultasiyaların aparılması
• İlkin psixoloji yardımın göstərilməsi
• Tələbələrin emosional və sosial inkişafına dəstək göstərilməsi
• Valideynlərlə mütəmadi əlaqələrin qurulması
• Tədris heyəti ilə birlikdə tələbələrin psixoloji vəziyyətinə mütəmadi nəzarətin həyata keçirilməsi
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
İş qrafiki: 09:00 – 18:00
Nahar fasiləsi: 13:00 – 14:00
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət zamanı elektron məktubun mövzu hissəsində “Psixoloq” qeyd olunmalıdır.