Azərbaycan Sənaye Sığorta şirkətinə Kiçik hüquqşünas axtarırıq!
Əsas vəzifə və öhdəliklər:
• Korporativ sənədlərin, qərarların, protokolların və etibarnamələrin hazırlanmasına dəstək göstərmək;
• Təsis sənədlərinin yenilənməsi və korporativ dəyişikliklərin hüquqi rəsmiləşdirilməsində iştirak etmək;
• Müqavilə layihələrinin ilkin hüquqi ekspertizasını aparmaq və düzəliş təklifləri hazırlamaq;
• Daxili qayda və prosedurların hüquqi ekspertizasında iştirak etmək;
• Hüquqi yazışmaların, arayış və hesabatların hazırlanmasına dəstək göstərmək;
• Hüquqi sənədlərin uçotunu, reyestrini və arxivləşdirilməsini təmin etmək;
• Qanunvericilikdəki dəyişiklikləri izləmək və hüquqi risklərin təhlilinə dəstək göstərmək.
Namizədə tələblər:
• Hüquq ixtisası üzrə ali təhsil;
• Hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
• Korporativ hüquq və mülki qanunvericilik üzrə biliklər;
• Korporativ sənədlərin və müqavilələrin hazırlanması bacarığı;
• MS Office proqramları ilə işləmək bacarığı.
Müraciət üçün: CV-nizi [email protected] ünvanına mövzu hissəsində “Kiçik hüquqşünas” qeyd etməklə göndərin.