Azərbaycan Supermarket MMC "SM üzrə kiçik mütəxəssis" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
· Şirkətin rəsmi sosial media səhifələrini (Facebook, Instagram, TikTok, LinkedIn) izləmək, həmçinin hashtag#Bravo və @Bravo qeyd olunan paylaşımları, ictimai postları, istifadəçi hekayələrini, xəbər səhifələrini, bloqerləri, media nümayəndələrini və qapalı qrupları monitorinq etmək.
· Müştərilərin mesaj və şərhlərinə təsdiqlənmiş kommunikasiya qaydalarına uyğun şəkildə operativ və dəqiq cavab vermək, istifadəçilərlə müsbət münasibət qurmaq və müştəri loyallığını artırmaq.
· Mürəkkəb və ya həssas halları aidiyyəti şöbələrə yönləndirmək və məsələ tam həll olunana qədər izləmək.
· Müştəri rəylərini, şikayət və təkliflərini Contact Center sisteminə daxil etmək, kateqoriyalara bölmək və izləmək.
· Contact Center və Müştəri Təcrübəsi komandaları ilə sıx əməkdaşlıq edərək bütün kanallarda vahid və müştəriyönümlü kommunikasiya təmin etmək.
· Sosial media fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə müəyyən edilmiş KPI göstəricilərinin (müraciətlərin cavablanma müddəti, müştəri məmnuniyyəti və s.) yerinə yetirilməsini təmin etmək.
· Sosial media fəaliyyətləri üzrə dövri hesabatların hazırlanmasına dəstək vermək — əsas meyilləri, təkrarlanan məsələləri və müştəri əhvalını (sentiment) təhlil etmək.
· Kommunikasiya standartlarının, cavab şablonlarının və tez-tez verilən sualların (FAQ) təkmilləşdirilməsində iştirak etmək.
· Brendin sosial mediada çəkilmə hallarını və onlayn kommunikasiya standartlarına uyğunluğu izləmək. Marketinq komandası ilə əməkdaşlıq edərək məzmunun brend üslubuna və kommunikasiya məqsədlərinə uyğunluğunu təmin etmək.
· Sosial media kommunikasiya proseslərinin səmərəliliyini və keyfiyyətini artırmaq üçün ideyalar irəli sürmək.
· Müəyyən edilmiş xidmət standartlarına riayət etmək və təyin olunmuş effektivlik göstəricilərinə (KPI-lara) nail olmaq üçün çalışmaq.
Tələblər:
· Bakalavr dərəcəsi;
· Müştəri xidmətləri, sosial media idarəçiliyi və digər əlaqəli sahələrdə iş təcrübəsi;
· Sərbəst Azərbaycan dili, orta səviyyədə Ingilis və ya Rus dili biliyi;
· MS Office proqramlarında işləməyi bilmək;
· Yüksək ünsiyyət bacarıqları;
· Müştəri yönümlülük;
· Analiz və problem həll etmə bacarığı;
· Komanda oyunçusu olmaq.
· Müqavilə müddəti 6 ay
· Növbəli qrafik
Maraqlanan namizədlər [email protected] email ünvanına “SM üzrə kiçik mütəxəssis” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.