Azərbaycan Supermarket MMC "Təlim üzrə kiçik mütəxəssis" vakansiyasını elan edir.
Öhdəliklər:
· Şirkətdə vəzifələrlə bağlı təlim ehtiyaclarının müəyyən edilməsində iştirak etmək, təlim matrisinin hazırlanması üzərində işləmək;
· Təlimin konsepsiyasının və məzmununun işlənib hazırlanmasında iştirak etmək, təyin olunmuş təlimləri keçirmək;
· Təlim vərəqələri, təlimat materialları, vasitələr və kitabçalar hazırlamaq və ya hazırlıq prosesinə nəzarət etmək;
· Proseslərdə baş verən dəyişikliklərin davam edən proqramlarda əks olunduğunu təmin etmək;
· Keçirilmiş təlim proqramları ilə əlaqəli bütün məlumat bazalarına müvafiq məlumatları zamanında daxil etmək
· Təlim və inkişaf fəaliyyəti ilə bağlı müvafiq hesabatları hazırlamaq;
· Vəzifə dəyişikliyi zamanı təlim prosesi ilə əlaqəli qeydləri yoxlamaq və dəyişikliklərin uyğunluğuna nəzarət;
· Bütün zəruri resursların, o cümlədən materialların əvvəlcədən təlim üçün hazırlanması;
· İşçilərin təlim və inkişafında yeni trend və vasitələrdən xəbərdar olmaq;
· Şirkət Siyasətlərinin və Standart Əməliyyat Prosedurlarının hər zaman izlənildiyini və onlara əməl olunduğunu təmin etmək.
Tələblər:
· İnsan Resursları üzrə ümumi təcrübələrin başa düşülməsi;
· İctimai nitq / təlim keçirilməsi üzrə özünə inama sahib olmaq;
· Layihələri əlaqələndirmə qabiliyyətinə malik olmaq;
· Yüksək ünsiyyət bacarıqları;
· Analitik düşünmə və problem həll etmə bacarığı;
· Vaxtın idarə edilməsi;
· Komandada çalışma bacarığı;
· Emosional zəka;
· Yaradıcı düşünmə;
· Təşəbbüskarlıq;
· Azərbaycan dili üzrə səlist, İngilis dili üzrə orta səviyyədə biliklərə sahib olmaq. Rus dil biliyi üstünlük təşkil edir.
· MS Office proqramlarını bilmək: Outlook, Power Point, Word.
Vakansiya üzrə müraciətlər [email protected] elektron ünvanına mövzu bölməsində "Təlim üzrə kiçik mütəxəssis" qeyd etməklə edə bilərlər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.