Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında 3 aylıq təcrübə proqramına qeydiyyat üçün son gün!

Əgər siz də özünüzü inkişaf etdirmək, təcrübə toplamaq və ictimai sferada fəaliyyətinizi genişləndirmək istəyirsinizsə, ATGTİ komandasına qoşulun!

Proqramın məqsədi tələbə-gənclərin müxtəlif istiqamətlər üzrə bilik və bacarıqlarının artırılmasıdır.

Təcrübə proqramı vasitəsi ilə siz əldə edə bilərsiniz:

TGT-lərin fəaliyyəti ilə yaxından tanış olmaq və onlarla işləmək;

İnkişafınıza töhfə verəcək layihələrdə iştirak etmək;

Tələbələrlə iş sahəsində təcrübə əldə etmək imkanı;

Sosial çevrəni genişləndirmək.

Qeyd : Təcrübə proqramı ödənişsiz əsaslarla həyata keçirilir və proqramın sonunda təcrübəçilər sertifikatla təltif olunacaq.

Qeyd : Qeydiyyatdan keçən şəxslər müracəti qənaətbəxş olduğu halda müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibəni uğurla keçənlər isə ATGTİ-də təcrübəçi olmaq şansı əldə edəcəklər.

Qeyd : Proqramda iştirak üçün COVID Pasportu və ya immunitet sertifikatının olması mütləqdir.

Müraciət linki: https://forms.gle/vCUEYbRETNACooKb6

Formu doldurmaq üçün Google Hesabınıza daxil olmalısız.

Son müraciət tarixi: 5 sentyabr 23:59

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.