Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasına ingilis dili müəllimlərinin işə qəbulu elan olunur. 

 

Tələblər:

· Ali təhsil (İngilis dili müəllimliyi, ingilis dili filologiyası, ingilis dili üzrə tərcüməçilik ixtisaslarında magistr dərəcəsi);

· İngilis dilinin tədrisi üzrə minimum 3 il pedaqoji təcrübə;

· Beynəlxalq dil sertifikatına (CELTA, DELTA, TOEFL) malik olmaq;

· Qüvvədə olan İELTS sertifikatı (score 7.5);

· İngilis dilində motivasiya məktubu;

· İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;

· Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;

·  Yüksək kommunikasiya və təşkilatçılıq bacarıqları;

·  Tədqiqatçılıq bacarığı. 

 

Öhdəliklər : 

· Müvafiq təhsil proqramlarına uyğun tədris fəaliyyətlərinin planlaşdırılması, hazırlanması və icrası;

· Dərs proqramına uyğun nəticələrə nail olmaq üçün müasir tədris metodologiyaları və texnologiyalarından istifadə edilməsi

· Tələbələrin nailiyyət və inkişafının qiymətləndirilməsi, konstruktiv rəyin verilməsi və onların fərdi tədris ehtiyaclarını qarşılamaq məqsədilə metodların uyğunlaşdırılması;

· Müvafiq sahə üzrə ən yaxşı təcrübələri izləmək üçün peşəkar inkişaf imkanlarından istifadə

· Tələbələrin iştirakçılığını təşviq edən və onların akademik, xarici dil bacarıqlarının inkişafını dəstəkləyən müsbət, inklüziv öyrənmə mühitinin təşkili.   

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini və beynəlxalq dil sertifikatlarını (CELTA, DELTA, TOEFL, İELTS) [email protected] elektron ünvanına göndərə bilərlər. 

 

Müraciət üçün son tarix: 23.09.2025-ci il saat 18:00

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.