Azərbaycan Texnologiya Universiteti iqtisadi məsələlər üzrə rektor müşaviri vakansiyası elan edir.

 

Namizədə tələblər:

        İqtisadiyyat sahəsində ən azı magistr təhsili;

        Ali və orta ixtisas təhsili müəssisələrində rəhbər və ya inzibati heyətdə iş təcrübəsi;

        Maliyyə idarəçiliyi, büdcə planlaşdırılması və hesabatlılıq sahəsində bacarıqlar;

        Analitik və strateji düşünmə qabiliyyəti;

        Yüksək ünsiyyət və təşkilatçılıq bacarıqları.

 

Vəzifə öhdəlikləri:

        Universitetin maliyyə-iqtisadi fəaliyyətinə dair analitik təhlillərin aparılması və rəhbərliyə müvafiq tövsiyələrin təqdim olunması;

        Büdcə və xərclərin planlaşdırılması, icrası və nəzarətində iştirak;

        Ali və orta ixtisas təhsili müəssisələrində təsərrüfat və inzibati proseslərin idarə olunması ilə bağlı təkliflərin hazırlanması;

        Dövlət qurumları və digər tərəfdaşlarla iqtisadi məsələlər üzrə əməkdaşlığın əlaqələndirilməsi;

        Rektorun tapşırıqlarının icrası və məsləhətçi dəstəyin təmin olunması.

 

Namizədlər CV-lərini 30.09.2025-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “İqtisadi məsələlər üzrə rektor müşaviri” qeyd olunmalıdır. Yalnız uyğun namizədlərə geri dönüş ediləcəkdir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.