Azərbaycan Universitetində nəzarətçi vakansiyası aktivdir. 

 

Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Əmək funksiyası:

Universitetin əmlakını qorumaq, universitetin daxilində və ümumi ərazisində nəzarəti davamlı olaraq həyata keçirmək, gecə növbəsi zamanı universitetin daxilinə və ümumi ərazisinə 4 (dörd) dəfədən az olmayaraq baxış keçirmək və buna dair müvafiq qeydlər aparmaq, habelə universitetdə mövcud olan daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət etmək;

Universitetin giriş qapısına nəzarət etmək, işçilərdən, tələbələrdən və digər şəxslərdən universitetin buraxılış-çıxış rejiminə və daxili nizam-intizam qaydalarına əməl olunmasını tələb etmək; 

Universitetin tədris binasına daxil olan kənar şəxslərin sənədlərini yoxlamaq, qeydiyyata almaq, habelə universitetə gələn qonaqları qarşılamaq, onlara yardımçı olmaq, lazım gəldiyi təqdirdə yönləndirmək və məlumatlandırmaq, müvafiq qeydiyyat kitabında müvafiq qeydlər aparmaq; 

Universitet daxilində hər hansı qayda pozuntusu olduqda (baş verə biləcək hadisələr, münaqişələr barədə məlumatları əldə etdikdə) dərhal müvafiq tədbirlər görmək, baş vermiş qayda pozuntuları ilə bağlı qeydlər aparmaq, müvafiq akt tərtib etmək və bu barədə tabe olduğu şəxsə məlumat vermək;

Universitetə giriş və çıxış zamanı qanunvericiliyə uyğun qaydada fiziki şəxslərin (xidmət vəzifələrini icra edən hüquq-mühafizə və digər dövlət orqanlarının əməkdaşları istisna olmaqla) əşyalarını və nəqliyyat vasitələrini nəzərdən keçirmək; 

 Yanğın zamanı, cinayət və ya inzibati xətanın əlamətləri olan əməl törədildiyi halda, həkimə ehtiyac duyulduğu halda dərhal müvafiq icra hakimiyyəti orqanına (müvafiq qurumlara) məlumat vermək; 

Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

 

Bilməlidir:

Nəzarət işinin təşkilini;

Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

 

Vəzifə tələbləri:

Təhsili (minimum): Orta ixtisas

İş təcrübəsi (minimum): 1 (bir) ildən az olmayaraq əmək stajı

Dil bilikləri: Azərbaycan; rus və ingilis dili (arzuolunandır)

Kompüter bilikləri: MS ofis proqramları

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.