Azərbaycan Uşaq Fondu Təcrübə Proqramına start verir!
16–24 yaş arasındasınızsa, sosial sahədə təcrübə qazanmaq və ən əsası, uşaqlarımız üçün faydalı işlərin bir hissəsi olmaq istəyirsinizsə — sizi proqramımıza qoşulmağa dəvət edirik.
Müraciətlər arasından 5-8 nəfər seçiləcək. İştirakçılar 3 ay ərzində Fondun sosial layihə və təşəbbüslərində praktiki təcrübə qazanacaqlar.
Namizədlər üçün vacibdir:
• Azərbaycan dilini yüksək səviyyədə bilmək
• Rus dilini bilmək
• Sosial mühitdə çalışmağa həvəsli olmaq
• Ünsiyyətcil və aktiv olmaq
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.